​Bakıda DƏHŞƏTLİ HADİSƏ: Ər arvadını boğaraq öldürdü

Baxış sayı:
4372

Bakıda dəhşətli qətl törədilib.
Hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.
Hadisəni törədən M.Əliyev tutulub. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.