​Bakıda avtobus qatara çırpıldı — 1 olü, 34 yaralı (YENİLƏNİR)

Baxış sayı:
3547

Xəzər rayonu, Binə qəsəbəsində baş verən qəza nəticəsində yaralıların sayı 34 nəfərə çatıb.
Səhiyyə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, onlardan 27 nəfəri təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
7 nəfər isə özü müraciət edib.
Qeyd olunub ki, yaralılardan 3 nəfəri Klini Tibbi Mərkəzə, 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 6 nəfəri uşaqdır, onlardan 1-i ölüb

***

Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir. 
Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qatar gələn zaman qorunan keçiddə avtomobillər hərəkətini dayandırıb. Bu zaman qarşıda olan 160 saylı marşurut xətti ilə hərəkətdə olan avtobus şlaqbauma məhəl qoymayaraq qatarın yoluna çıxıb. Nəticədə ağır qəza baş verib.