Bakı şəhər İcra Hakimiyyətində YENİ TƏYİNATLAR - SOCAR-dan gəldi
10-10-2018 17:01
Baxış sayı:
5803
Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizovun müvafiq əmri ilə işdən çıxarılan Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun yerinə Xalid Ələkbərov təyin olunub.
Bundan başqa BŞİH Aparatın şəhər təsərrüfatı və sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni rəhbər təyin edilib. Bu vəzifəyə daha əvvəl SOCAR-da işləmiş 37 yaşlı Ayaz Hüseynov təsdiq edilib.