​“Azərsu”nun texnikası Xırdalanı qazsız qoydu

Baxış sayı:
5221

Bu gün axşam saatlarında “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, hadisə nəticəsində Xırdalan şəhəri qazsız qalıb.
“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir: “Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.