Azərbaycanlı tələbə Ərdoğana "QURAN" hədiyyə etdi - FOTOLAR
12-01-2018 18:57
Baxış sayı:
870
Azərbaycanlı tələbə Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğana "Quran" hədiyyə edib.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Sultanəhməddə yerləşən Marmara Üniveristetinin 135-ci il dönümü münasibəti ilə keçirilən tədbirə qatılıb.
Mərasimdə diqqət çəkən məqam prezidentə azərbaycanlı tələbə Tünzalə Məmmədzasənin ağ, ipək parça üzərinə qızılı və gümüşü boyalarla üç ildə yazılan "Quran" hədiyyə etməsi olub . Prezident "Quran"ı öpərək alnına qoyub.