AZƏRBAYCANLI MÜHACİRLƏR ERMƏNİLƏRLƏ İŞBİRLİYİNDƏ – Fotolar

Baxış sayı:
2964

İsveçrənin Cenevrə şəhərində bir qrup azərbaycanlı mühacir Azərbaycan iqtidarına qarşı etiraz aksiyası təşkil edib.
Yerli KİV-lər xəbər verir ki, aksiyanın təşkilatçıları Azərbaycan dövlətinin rəhbərliyinə, o cümlədən prezident ailəsinə qarşı kəskin ittihamlarla çıxış ediblər.
Məlumata əsasən, təşkilatçılar aksiyanı işıqlandırmaq üçün Azərbaycan dövlətinə qarşı kəskin çıxışları ilə tanınan erməni və kürd kökənli media nümayəndələri və bloqerləri də dəvət ediblər. Onlar yaranmış fürsətdən istifadə edərək, aksiya zamanı video və foto görüntülər çəkərək, Ermənistan saytlarında və PKK qaynaqlı media subyektlərində ölkəmizin əleyhinə məqalə dərc ediblər ki, bununla dövlət maraqlarımız da zərbə altına düşüb.
Belə ki, istər sosial şəbəkələrdə yayılan paylaşımlarda, istər də mediada dərc olunan yazılarda guya, “bir qrup azərbaycanlı Cenevrədə Əliyev iqtiarına və müharibə əleyhinə aksiya təşkil edib” kimi informasiya verilib. Əslində isə, aksiya zamanı müharibə ilə bağlı hər hansı fikir səsləndirilməyib.
Bütün bunlar isə onu deməyə əsas verir ki, düşmən mediası “sapı özümüzədn olan baltalar”ın vasitəsilə Azərbaycan dövlətinə qarşı növbəti “qara piar” kampaniyası aparmağa nail olub.



Muxalifet.az