Azərbaycanlı bloger Moskvada saxlanıldı

Baxış sayı:
2692

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, Hüseyn “Rolls Royse Cullinan” markalı avtomobilində olarkən tutulub. Həmin nəqliyyat vasitəsinin borca görə axtarışda olduğu bildirilir. Məlumata görə, bloger maşına “Lamborghini” markalı avtomobilinin nömrə nişanını vurub.
Xatırladaq ki, Hüseyn Həsənov iyunun 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə 3 aylıq sürücülük hüququndan məhrum edilib. O, iyunun 20-də sürücülük vəsiqəsini təhvil verməlidir.
Qeyd edək ki, Sankt-Peterburqda yaşayan və Rusiyanın məşhur blogerlərindən olan Hüseynin İnstaqramda 14 milyondan çox izləyicisi var. / Qafqazinfo