​Azərbaycanla bağlı konfransı kim ləğv edib? - Gizli məktub

Baxış sayı:
2434

Konfrans İran Prezidenti Həsən Ruhaninin birinci müşaviri Hüsaməddin Aşenanın göstərişi ilə ləğv olunub.
Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin “Xətayi dərnəyi”nin Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, konfransın başlanmasına bir neçə dəqiqə qalmış Prezidentin müşaviri Hüsaməddin Aşena Elm, Tədqiqat və Texnologiya Nazirliyinə gizli məktub göndərib və bundan sonra nazirliyin Mühəqqiq Ərdəbili Universitetinə təzyiqi ilə tədbir ləğv olunub.