Azərbaycanda keçmiş deputat vəfat etdi
1-11-2017 16:42
Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.
Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib. Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib.