​AZƏRBAYCANDA BİABIRÇI HADİSƏ: Evdən qaçan gəlini otelin qarşısında yaxaladılar – VİDEO

Baxış sayı:
7600

Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində 3 uşağını da götürüb evdən qaçan Bülbül adlı qadının tapılması üçün axtarışlar davam edir.
A24.Az xəbər verir ki, onun tapılması üçün proqrama həyat yoldaşı Pərviz bəy müraciət edib. O, həyat yoldaşından övladlarını almaq istədiyini söyləyib. Efirə zəng edən Bülübül həyat yoldaşının ona işgəncələr verdiyini söyləyib. Qadın bildirib ki, elə bu səbəbdən də evdən gedib.
Onun bu sözlərindən qəzəblənən ər bildirib ki, arvadı 2016-cı ildə də bir dəfə evdən qaçıb:
“2016-cı ildə o, Türkiyəyə qaçmışdı. Bir oğlana da yazmışdı ki, “mən Türkiyəni tanımıram, məni qarşıla”. Onu Türkiyədə otelin qabağında kirvəmin qardaşıgil tutdular. Geri qaytardılar. Mənim heç kimim yoxdur. Ona görə də onu bağışladım.O, qadın mənim dayağımdır “.