AZƏRBAYCANA SIZAN 3500 İRAN AGENTİ İFŞA EDİLİB...- Səfirliyə hücum edən terrorçu ilə bağlı ŞOK İDDİALAR

Baxış sayı:
21998

İran kəşfiyyatının ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi sahələrdə Tehrana xidmət etmək üçün 3500 şiə informatoru Azərbaycanda yerləşdirdiyi iddia edilib. Bu şəxslər azərbaycanlı qadınlarla evlənərək Bakıya sızıblar.

Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Türk nəşri qeyd edir ki, Azərbaycan kəşfiyyatı 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində baş vermiş sızmanı aşkarlayıb və dindirilən İran agentləri cinayətlərini etiraf ediblər: “İranın sızma əməliyyatı və casuslarının deşifrə edilməsi ilə 700 şiə informatorun Azərbaycandan qaçdığı üzə çıxıb.

Azərbaycan mənbələrindən əldə etdiyimiz məlumata görə, projeyə 1996-cı ildə Tehranda “Azərbaycan Masası” adlı xüsusi bölmənin yaradılması ilə start verilib. İlk iş olaraq İranın kəşfiyyat xidməti “Şazimani İttilaat” və SEPAH əməkdaşlarından 4000 kəşfiyyatçı seçilib və bu şəxslər Azərbaycanın coğrafiyası, dili, mədəniyyəti ilə bağlı xüsusi təlimlərdən keçiblər. İranın Azərbaycandakı səfirliyindən Tehran rejiminə yaxın ailələrlə bağlı genişmiqyaslı araşdırma tələb edilib. Bundan sonra müəyyən edilən isimlərlə əlaqə saxlanılaraq evlilik mərhələsinə başlanılıb.

Azərbaycanın təhlükəsizlik mənbələri bildirirlər ki, tarixdə bu projenin başqa nümunəsi yoxdur. Yaxalanan iranlı informatorlar həyat yoldaşlarını kataloqdan seçdiklərini deyiblər. İran agentlərinin ilk işi azərbaycanlı arvadlarının “rəhbər” adlandırdıqları Xameneyiyə beyət etmələrini, ibadətlərini fars şiələri kimi yerinə yetirmələrini təmin etmək olub.

Müxtəlif kamuflyaj üsullarından istifadə edən agentlər Azərbaycanda məskunlaşdıqdan sonra onlara göstərilmiş istiqamətlər üzrə kəşfiyyat məlumatları toplamağa və bu informasiyaları Tehrana göndərməyə başlayıblar.

Azərbaycan qanunlarına əsasən evləndikdən 5 il sonra əldə etdiyi vətəndaşlıq hüquqları ilə daha geniş imkanlar qazanan İran agentlərinin missiyaları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönəldilib. Bəzi informatorlar ciddi kapitalla kommersiya sahəsinə cəlb olunarkən, digərləri mülki və hərbi, diplomatiya, siyasət, QHT, mədəniyyət, incəsənət və ilahiyyat kimi sektorlara sızıblar”.

“Türkiyə” qəzeti yazır ki, Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqını həyata keçirən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyən edilib:

“Hüseyinzadənin Urmiyada kitab satıcısı işləyən qardaşı Rəhman Hüseynzadənin azərbaycanlı qadınların tələyə salınması prosesində mühüm fiqur olduğu və SEPAH-ın həşfiyyat xidmətində xüsusi vəzifələrə sahib olduğu bildirilib”.

Professor Dönməz Əmrə baş verənlərlə bağlı nəşrə bildirib: “Azərbaycan xalqı yüz illik rus əsarətində ağır dini təzyiqlərə məruz qalıb. Çünki türklərin öz orijinal keyfiyyətləri ilə qalması həm Rusiya, həm də İran tərəfi üçün ən böyük təhlükə kimi görünür. Olayın başqa bir ölçüsü türklərin duyğularını, ideyalarını, coğrafi bağlarını yenidən bərpa etmək üçün atılan addımlardır. Xüsusilə İran bunu öz varlığının sonu kimi görür. Bu səbəbdən bizə “ya dinsiz, ya şiə ol” dedilər və buna nail olmaq üçün hər cür cəhdi etdilər. İndi öz şifrələrimizə qayıtmağımız kənar qüvvələri əndişləndirir. Səfirliyə son hücum bunun bariz göstəricisidir”.

Türk nəşri əlavə edir: “Azərbaycanın təhlükəsizlik mənbələri bildirirlər ki, yanvarın 27-də həyata keçirilən basqında səfirliyin bütün əməkdaşlarının öldürülməsi planlaşdırılıb. Azərbaycan diplomatlarının və mühafizəçilərinin müqaviməti bu planı alt-üst edib. Azərbaycanlı mühafizəçi avtomatlı qatilin üzərinə atılaraq, daha genişmiqyaslı qətliamın qarşısını alıb.

Azərbaycan mənbələri İran polisinin partlayan silahlara baxmayaraq Tehranın ən strateji nöqtəsinə 30 dəqiqə gəlmədiyi və qatilə məxsus avtomobilin bu müddətdə qapıda işlək vəziyyətdə dayandığını bildirirlər. Gərginlikdən sonra Azərbaycan hökuməti Tehran səfirliyini bağlayıb.

Diplomatik əlaqələr Təbriz konsulluğu vasitəsilə davam etdiriləcək. Bu addım bir tərəfdən İran rejiminə qarşı hiss olunan narahatlığı göstərmək, həm də Azərbaycan üçün əsas mərkəzin Güney Azərbaycan olması mesajı kimi şərh olunur”.