​Azərbaycan Rusyanı dəstəklədi - Skripal olayı

Baxış sayı:
5308

Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) yanında daimi nümayəndəliyi qurumun icra komitəsinin iclasında Rusiya tərəfindən təklif olunan bəyanatı dəstəkləyən ölkələrin siyahısını dərc edib.
Muxalifet.az -ın verdiyi xəbərə görə, Rusiya Britaniyanın Solsberi şəhərində baş vermiş insidentin Kimyəvi Silahların qadağan olunmasına dair Konvensiya çərçivəsində araşdırılmasına çağırıb.
Bu çağırışı 14 ölkə dəstəkləyib, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Suriya, İran, Venesuela, Pakistan, Nikaraqua, Belarus, Ermənistan və Kuba.