​Azərbaycan nefti yenə də bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 66,23 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,03 dollar/barel çoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 65,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 7-də 62,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 7-də 64,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.