Azərbaycan AES tikintisi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir - Nazirdən AÇIQLAMA

Baxış sayı:
12505

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir. Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib. Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: “Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir”. Qeyd edək ki, Rusiya Dövlət Atom Enerjisi üzrə Korporasiyanın (“Rosatom”) baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanda AES inşa etməyi təklif edib.