​Avropa Komissiyası media azadlığı haqqında qanun layihəsi hazırlayır

Baxış sayı:
1695

“Avropa Komissiyası siyasi hakimiyyətdən və sənaye maqnatlarından redaksiya müstəqilliyinə zəmanət verən Aİ qanunu hazırlayır”.
Qafqaz.media xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
“Avropa İttifaqının bəzi dövlətləri mediaya təsir etmək istəyirlər, komissiyanın onların səlahiyyətlərini qəsb etmək istədiyini iddia edəcəklər. Bəzi media sahibləri indiki vəziyyətdən faydalanır, onlar qışqıracaqlar ki, biz onların biznesinə xələl gətiririk”, - Avropa komissarı Vera Yurova bildirib.
Nəşr bildirir ki, layihə gələn həftənin sonunda Avropa Komissiyası tərəfindən rəsmən təqdim olunacaq. Müəllifin fikrincə, “KİV azadlığı haqqında qanun” ilkin variantında mediaya sahiblik məsələsində şəffaflıq tələbini ehtiva edir və tənzimləmələrə əməl edilmədiyi təqdirdə AK-ya Avropa səviyyəsində hüquqi prosedura başlamağa imkan verməlidir.
Avropa Komissiyası bu qanunun media mülkiyyətinin konsentrasiyasını tənzimləyəcəyini və jurnalistləri təzyiqlərdən qoruyacağını gözləyir. Bundan əlavə, qanun layihəsi Polşa, Macarıstan və Yunanıstanda baş vermiş qalmaqallı təcrübələri nəzərə alaraq, informasiya mənbəyinin sirrinin qorunmasını və media işçilərinə və onların ailə üzvlərinə casus proqramlardan istifadə etməklə elektron nəzarətin qadağan edilməsini nəzərdə tutur.