“Avropa İttifaqının süqutu” QORXUSU İNGİLTƏRƏNİ DƏ SARDI

Keçdiyimiz günlərdə Alman mediasının yazdığı “2040-da Avropa İttifaqının süqutu” adlı təcili vəziyyət planı İngiltərənin də gündəmini məşğul edib.
 
Aİ-nin dağılacağı fikri illərdən bəri danışılan bir mövzu olsa da, ancaq İngiltərənin Brexiti və Katalonyanın müstəqillik tələbi də daxil olmaqla, heç bir hadisə ötən gün Almaniyadan sızıdırılan “süqut” hesabatı qədər rəsmi deyildi.
Birbaşa Müdafiə Nazirliyinə bağlı qurumların araşdırması olaraq ortaya çıxan hesabatda təcili vəziyyət planı hazırlanmış, 2040-ci ildə Aİ-nin dağılacağı nəzərdə tutulmuşdu. İngiltərə də bu vəziyyəti gündəliyinə daşıyaraq, belə bir vəziyyətə qarşı hazır planların olub, olmamasını sorub.
"The Guardian” qəzetində Paul Mason imzalı məqalədə,  “Almaniyanın təcili vəziyyət planı hazırdır, ümid edirəm ki, bizdə də belə bir plan vardır” fikrinin yer alması Avropa Birliyinin dağılma prosesinə inandıqlarını göstərir.
Bu çöküş üçün ən mühüm amilin iqtisadi səbəblər olduğunu bildirən qəzet, "Ən ümdə problem terrorizm olmasına baxmayaraq, ən mühüm səbəb mövcud iqtisadi sistem və yüksək miqrasiya səviyyələri ilə Avropalı əhalinin azalmasıdır. 2015 ildə baş verən Yunan böhranı, Böyük Britaniyanın “Brexit” hadisəsi, Polşa və Macarıstan hökumətləri ilə Avropa komissiyası arasındakı qopmalar Aİ-nin bütünlüyünə xələl gətirdi və müəyyən dəliklər açdı" deyə, yazıb.
 
 YENİ MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT

İngilis jurnalist məqaləsinin sonunda isə təcavüz qalmaqalından sonra vəzifəsindən ayrılan müdafiə nazirinin yerinə gələn Qavin Williamson üçün Almaniyadan sızan sənədləri araşdırma təklif edib.
Yurnalist Mason, "İngiltərə müdafiə naziri bu sızdırılan sənədləri yaxşıca araşdırmalıdır. Müdafiə xərclərini məhz araşdırmaların nəticəsinə uyğun olaraq tənzimləməli, gerçək bir təcili vəziyyət planı hazırlamalıdır" deyə yazıb.
Müxalifət.az