Avropa İttifaqının səfiri içməli sudan zəhərləndi

Baxış sayı:
9679

Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua ölkənin cənubunda yerləşən Bəsrə şəhərində çirklənmiş içməli sudan zəhərlənib.

Trend-in məlumatına görə, R.Blekua bu barədə öz Twitter səhifəsində yazıb.

R.Blekua bildirib: "Bu səhər mən özümü pis hiss etdim və bir neçə görüşü təxirə salmaq məcburiyyətində qaldım. YUNİSEF-in həkimi çirklənmiş sudan zəhərlənmə diaqnozu təyin etdi".

Diplomat həmçinin qeyd edib ki, Bəsrə sakinləri ilə bu dərəcədə həmrəy olacağını planlaşdırmırdı: "Amma indi, əlbəttə, mən sizin hisslərinizə şərikəm".

Xatırladaq kı, sentybar ayının ortalarında Bəsrə əyalətində keyfiyyətsiz içməli sudan azı 27 min insan zəhərlənib.