Avropa Birliyindən Rusiyaya “Ukrayna” çağırışı

Baxış sayı:
4615

Avropa Birliyi (Aİ) üzvü olan 8 ölkə, Rusiyaya, Ukraynanın şərqindəki Donbas bölgəsində 11 noyabrda keçirilməsi planlaşdırılan qanunsuz və qondarma seçkilərə nüfuzundan istifadə edərək son verməsi və separatçılara maliyyə və hərbi dəstəyini kəsməsi çağırışı edib.
 
İngiltərə, Fransa, Hollandiya, Polşa, İsveç, İtaliya, Belçika və Almaniya BMT Təhlükəsizlik Şurasında Ukraynadakı proseslər dair keçiriləcək toplantıdan öncə birgə bəyanat verib.
Aİ üzvü olan 8 ölkə, açıqlamada, Ukraynanın şərqindəki Donbas bölgəsində separatçıların 11 noyabrda qanunsuz və qondarma seçki keçirməsini pisləyib.
Müxalifət.az