Avropa Birliyindən ABŞ-a dollar jesti

Baxış sayı:
6109

Avropa Birliyi (Aİ) Komissiyasının prezidenti Yan Klod Yunker, bundan sonra enerji idxalında ödəmənin dollar deyil, avro ilə həyata keçiriləcəyini bildirib.
 
Aİ-nin ildə 300 milyard avroluq enerji idxalını ABŞ dolları ilə həyata keçirməsinin qəbul edilməz olduğunu vurğulayan Yunker, enerjinin yalnız 2 faizinin ABŞ-dan idxal edildiyini xatırladıb.
Yunker, "Avro, Avropa suverenliyinin fəal bir vasitəsi olmalıdır. Komissiya bu ilin sonuna qədər avronun beynəlxalq rolunu gücləndirmək məqsədli təşəbbüsləri bölüşəcək" deyə, söyləyib.
Müxalifət.az