“Atamla bağlı heç bir şey danışmaq istəmirəm” – VASİF TALIBOVUN OĞLU "ÖZ İŞİMLƏ MƏŞĞULAM" DEYİR

Baxış sayı:
2251

Vasif Talıbovun oğlu Rza Talıbov atasının Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən istefası barədə suala cavab vermək istəmədiyini bildirib.

Muxalifet.az xəbər verir ki, Talıbov “Gununsesi.info” saytının əməkdaşının sualına cavabında deyib: “Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.

Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.