​Astana prosesinin gizli ortağı: Qərbin narahatçılığı...

Baxış sayı:
3481

Astana prosesi Avrasiyanın Qərb qarşısında ən böyük nailiyyətlərindən biridir. Bu proses "problemlərin həlli Qərb ölkələrin inhisarındadır" ideyasının yanlışlığını ortaya qoyması etibarilə də mühüm təşəbbüsdür.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin keçmiş admiralı Soner Polad deyib.
"Rusiya, Türkiyə və İran Suriyada problemin həlli üçün çox əhəmiyyətli irəliləyişlər əldə edib. Bu məqamda Astananın gizli ortağının Suriya olduğunu qeyd etmək olar. Çünki Suriya bu prosesdə Rusiya və bir az da İran tərəfindən təmsil edilir. Astana prosesinin müəyyən uğura çatması Qərb ölkələrini narahat etdi. Astana prosesinin Cenevrəyə alternativ olmadığı barədə fikirlər səsləndirilsə də, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan Mistura da Astananın Cenevrədən uğurlu olduğunu bəyan edib", - Polad söyləyib.