“Asanlıqla manipulyasiya edilən Tramp” – ABŞ mediası yazdı

Baxış sayı:
3751

ABŞ-da Tramp rəhbərliyinin Misirdəki “Müsəlman Qardaşları” təşkilatını xarici terror təşkilatları siyahısına salmaq üçün hazırlıq etdiyinin ortaya çıxması ölkənin ən nüfuzlu qəzetləri tərəfindən tənqid edilib. “Nyu-York Tayms” qəzetində dərc olunan məqalədə, “Müsəlman Qardaşları” təşkilatını tənqid edən ekspertlər belə təşkilatın bir terrorçu qrup olmadığını və terrorçuların tələblərini yerinə yetirmədiyi məsələsində həmfikirdir. Qəzetdə, “Hazırda Ərəb dünyasındakı demokratik seçkilər üçün edilən çağırışlar “Müsəlman Qardaşlar” təşkilatının fəaliyyətinin əsas xüsusiyyətini təşkil edir və bu, onların bölgənin avtoritar hakimiyyətlərlə və radikal İslamçılarla daha çox arasını açır” ifadələrinə yer verilib.
 “Vaşinqton Post” qəzeti isə səhifələrinə daşıdığı tənqidi yazısında, “Tramp yenə diktatorlar tərəfindən nə qədər asan manipulyasiya edildiyini göstərir. Nisbətən mötədil İslamçıları qəbul etmək, onları terrorçuların qucağına atmaqdan daha yaxşıdır” ifadələrinə yer verilib.
Müxalifət.az