​Arda o kluba “hə” dedi

Baxış sayı:
5246

Bu mövsüm “Barselona”da Ernesto Valvardenin forma geyindirmədiyi Arda Turan vətəninə qayıtmaq üçün gün sayır.
Muxalifet.az xəbər verir ki, adı bir neə dəfə “Beşiktaş” və “Qalatasaray” ilə bir arada çəkilən futbolçuya “Medipol Başakşehir” də elçi düşmüşdü.
“Sabah” qəzetində yer alan xəbər görə, Ardanın məhz son elçiyə marağı daha böyükdür. Xəbərdə klubun prezidenti Göksəl Gümüşdağın iki nəfərlik idarə heyəti ilə Ardanın transferi üzərində gizli şəkildə işlədiyi bildirilib. “Barselona” da razı salınarsa, Arda bir neçə gün içində “Başakşəhər”in yeni ulduzu olacaq.
Təklifə görə, Arda öncə mövsüm sonuna qədər kirayə götürüləcək. Daha sonra bu müddət 1 il uzadılacaq. Klub futbolçuya 6 ay üçün 2,5 milyon avro ödəyəcək. Hazırda ulduz futboluçu “Barselona”da 7 milyon avro qazanır.