Ankaradakı Suriya Zirvəsi ALMANLARI QORXUTDU

Baxış sayı:
5485

Türkiyə prezidenti Ərdoğanın Ruhani və Putin ilə Ankarada bir araya gəlməsi, Almaniyada "Qorxunc İttifaq" başlıqları ilə mediada yer alıb.
 
Suriyada illərdir davam edən vətəndaş müharibəsinin dayandırılması üçün hərəkətə keçən Türkiyə, Rusiya və İran, Ankarada tarixi bir sammit keçirib.
 
 ANKARA ZİRVƏ GÖRÜŞÜ
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin birgə açıqlamaları ilə başa çatan zirvə, dünya mediası tərəfindən yaxından təqib edilib.
 
 SURİYANIN ƏRAZİ BÜTÖVLÜYÜ
 
 Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində razılığa gəlindiyi zirvədə danışan Ərdoğan, bölgədəki əməliyyatların davam edəcəyinin siqnalını verib.
 
 ALMANLAR: QORXUNC İTTİFAQ
 
 Suriya üçün tarixi əhəmiyyət daşıyan sammit, Almaniyada nəşr edilən “Der Spiegel”də də geniş yer tapıb.
Alman mətbuatı üç liderin bir araya gəlməsini "Qorxunc İttifaq" başlığı ilə oxucularına çatdırıb.
Kristina Gnirkeın imzası ilə çıxan xəbərin detallarında, üç liderin regionda artan hakimiyyətinin gündən-günə daha da artdığı ifadə edilib.
Müxalifət.az