Amerikalı polkovnikdən Rusiya açıqlaması

Baxış sayı:
7558

ABŞ-ın təqaüddə olan polkovniki Duqlas Makgregor, ABŞ Suriyadan çəkildikdən sonra Rusiyanın bölgədəki müttəfiqləri arasında seçim etmək məcburiyyətində qalacağını deyib.
 
“Fox News”-a açıqlama verən Makgregor, ABŞ prezidenti Donald Trampın çəkilmə qərarının Rusiyanın bölgədəki müttəfiqləri ilə münasibətlərinə mümkün təsiri qiymətləndirib.
Polkovnik, "Rusya çox uzun müddətdir Türkiyə, İran və Suriyadakı digər tərəflərlə əlaqədir. Ancaq ABŞ-ın çəkilməsi Rusiyanı müttəfiqləri arasında seçim etmək məcburiyyətində qoyacaq" deyib.
 
“Suriyanın şimalından çıxmalıyıq, çünki orada Türklər var”
 
ABŞ-ın Suriyanın şimalından ən qısa müddətdə çıxması lazım olduğunu, çünki orada Türkiyəyə hücum edən kürdlərə əməliyyat keçirməyə hazır vəziyyətdə minlərlə Türk əsgəri olduğunu qeyd edən Makgregor, sözlərini belə davam etdirib:
 
“Rusiya Türkiyəyə icazə verərsə, Suriya və İran üzərindəki nüfuzunu itirər”
 
“Suriya hökumət qüvvələrini bu regiona girməyə məcbur etdik və biz çəkilirik. Rusiya prezidenti Vladimir Putin seçim etmək məcburiyyətindədir. Əgər Rusiya Türklərin Suriyaya daxil olmasına icazə verərsə, Suriyalılar və İranlılar üzərindəki nüfuzunu itirər".
Müxalifət.az