Amerikalı komandir təsadüfən ABŞ-ın Suriyadakı hərbçilərinin sayını açıqladı - 4 000, YOXSA 500 NƏFƏR?

Muxalifət.az xəbər verir ki, ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın Suriydakı əməliyyatlarını idarə eən amerikalı general Ceyms Cerard Suriyada SDQ-ni (PKK/PYD) dəstəkləmək üçün ABŞ-ın 4 min civarında hərbçisi olduğunu deyib. Ardından “Üzr istəyirəm, səhv dedim. Suriyada 500 nəfərə qədər hərbçimiz var” deyib.
O, bu açıqlamanı videokonfrans yolu ilə əlaqə yaratdığı ABŞ Müdafiə Nazirliyində (Pentaqon) Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlar barəsində jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın Suriyada neçə hərbçisi olduğu barəsindəki suala cavab verən general Cerard deyib: “İŞİD-ə qarşı mübarizəni və Suriya Demokratik Qüvvələrini (PKK/PYD) dəstəkləmək üçün orada 4 min nəfərdən artıq ABŞ hərbçisi var”. Jurnalistin “Əminsinizmi, Pentaqonun açıqladığı rəqəm min civarındadır” sualından sonra isə amerikalı general sözünü düzəldərək, “Üzr istəyirəm, səhv dedim, Suriyada 500 nəfərə yaxın hərbçimiz var” deyib.
Pentaqonun rəsmi rəqəmlərinə görə, 503  nəfər amerikalı hərbçi Suriyadadır, lakin regiona müvəqqəti olaraq yerləşdirilən qüvvələr rəsmi rəqəmlərə daxil edilmir və buradakı real hərbçi sayının 503-dən artıq olduğu deyilir.
Lakin ilk dəfə olaraq, bir generalın 4 min rəqəmini söyləməsi diqqəti cəlb edib.
“Anadolu Agentliyi”nin müxbirinə açıqlama verən, Pentaqon mətbuat nümayəndələrindən biri olan Erik Pahon, Ceraradın dilindən qaçırdığı 4 min rəqəminin tamamilə səhv olduğunu deyib. Pahon söyləyib: “Gizli rəqəmi gördüm, bilirəm və 4 mindən çox-çox azdır”.

YPG ilə PKK əlaqəsi

Suriyada SDQ adından istifadə edən PKK/PYD terror təşkilatı ilə yaxından əməkdaşlıq elədiyindən danışan Cerard “Anadolu Agentliyi”nin müxbirinin, təşkilatın PKK teror təşkilatı ilə ideoloji əlaqəsinə rastlaşıb-rastlaşmadığı barəsindəki sualının cavabında deyib: “Bu məsələ bir çox şəxsi narahat edir. Onlarla iki ilə qədər çox yaxından əməkdaşlıq edirəm, lakin SDQ ilə PKK arasında əlaqə olduğunu göstərən bir dəlil görməmişəm”.
Müxbirin “Rakkanın alınmasından sonra YPG-nin PKK lideri Abdullah Öcalanın portretlərini asdığını və Rakka zəfərini ona itfah elədiklərini görmədinizmi? Bunlar sizin üçün kifayət olacaq dəlil deyilmi” sualına isə general Cerard belə cavab verib: “Bəzi qruplar Suriyada bəzi simvolları nümayiş etdirdilər. Biz bunları dəstəkləmədiyimizi əvvəlcə də bildirmişik”./Hurriyyet.org/