Amerika qəzetindən MÜDHİŞ RZA ZƏRRAB İDDİASI

Türkiyə və İran vətəndaşı, iş adamı Rza Zarrabın 27 noyabrda ABŞ-ın Nyu-york şəhərində başlaması gözlənilən məhkəmədə sürpriz bir hadisə olub. Məlumatlara görə, Zarrabın özünə yönəldilən ittihamları qəbul edə biləcəyi qeyd olunub.
 
“New York Times” (NYT) qəzetində yer alan xəbərdə Rza Zarrabın vəkillərinin müdafiə üçün lazım olan əsas sənədləri məhkəməyə təqdim etməməsi ittihamların qəbul ediləcəyi fikrini yaradıb. İddianın digər bir müttəhimi Halkbankın baş direktorunun müavini Məmməd Xaqani Atillanın da bazar ertəsi günü məhkəməyə təqdim etdiyi sənədlərdə Rza Zarrabın sentyabr ayından bu yana iş barəsində heç bir prosesə qatılmaması ilə bağlı fikir ifadə etməsi sözügedən iddiaları gücləndirib.
“New York Times”, Zərrab və vəkillərinin ittihamnaməyə əlavə olunan yeni iddialar məsələsində əlavə müdafiə sənədlərini çatdırmaq üçün bazar ertəsi gecə yarısına qədər zamanın olduğunu, ancaq müdafiə tərəfinin bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etmədiyini yazır.
Məhkəmə üçün hakimlərin seçilməsi məsələsində də Zarrabın vəkil briqadasının mümkün məhkəmə üzvlərinə seçki prosesində çatdıracaq sualların da təqdim olunmadığı qəzetdə qeyd olunur.
“New York Times”, Zarrabın vəkil qrupuna rəhbərlik edən Bencamin Barfmandan görüş tələb etdiklərini, ancaq bir cavab almadığını da yazır.
Qeyd edək ki, Zərrab və Atilla, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qeyri-qanuni yollarla pozulmasında ittiham olunur.
Müxalifət.az