​“Amerika Gürcüstandan Rusiyaya qarşı müharibəyə başlamağı tələb etmir” – AMERİKALI KONQRESMEN

Baxış sayı:
1678

“Eşitdim ki, Gürcüstanda ABŞ-ın Gürcüstanı müharibəyə sürükləmək istədiyini iddia edən qüvvələr var. Bu doğru deyil. Bir daha deyirəm ki, Amerika Gürcüstandan Rusiyaya qarşı müharibəyə başlamağı tələb etmir”.
Qafqaz.media
xəbər verir ki, bu barədə Respublikaçı konqresmen Adam Kinzinger “Formula” telekanalına müsahibəsində danışıb.
Kinzingerin sözlərinə görə, Rusiyanın Gürcüstana hücumu təhlükəsi həmişə olub. Amma Rusiyanın müharibə qorxusundan istifadə edərək Gürcüstan hökumətini və xalqını güzəştə getməyə məcbur etməsi təhlükəsi də var.
“Eşitdim ki, Gürcüstanda ABŞ-ın Gürcüstanı müharibəyə sürükləmək istədiyini iddia edən qüvvələr var. Bu doğru deyil. Bir daha deyirəm ki, Amerika Gürcüstandan Rusiyaya qarşı müharibəyə başlamağı tələb etmir.
Biz istərdik ki, Gürcüstan hökuməti bizim tərəfdaşlığımızın vacibliyini vurğulasın və təhlükədən, Rusiyanın Gürcüstan üçün nə qədər təhlükəli olmasından danışsın. Və təbii ki, müharibəyə başlamayın. Rusiyanın gələcəyi bəlli deyil, Qərbin gələcəyi bəllidir”, - Adam Kinzingerin fikrincə, Gürcüstan hökuməti Rusiyanın nə qədər təhlükəli olmasından danışmalıdır.