​Almaniya Puçdemonu azadlığa buraxdı

Baxış sayı:
5680

Almaniya məhkəməsi Kataloniyanın sabiq lideri Karles Puçdemonun 75 min avro girov məbləğində azadlığa buraxılması barədə qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Puçdemon martın 25-də Almaniya polisi tərəfindən Danimarka sərhədini keçərkən saxlanılıb. Onun barəsində İspaniya Ali Məhkəməsi beynəlxalq axtarış elan etmişdi.