Almaniya iki rus diplomatını ölkədən deport etdi

Baxış sayı:
163

Almaniya XİN, bir Gürcüstan vətəndaşını öldürməkdə əlaqədar olaraq Rusiyanın Berlin səfirliyinin 2 diplomatını persona non-qrata elan edib ölkədən çıxarılmasına qərar verdi.
Muxalifet.az 
bu barədə "Haber 7"-yə istinadla xəbər verir.
Berlində avqust ayında 40 yaşındakı Tornike K. adlı Gürcüstan vətəndaşının başından güllələnərək öldürülməsindən sonra 1 nəfər həbs edilmiş və cinayətin Rusiya səfirliyində işləyən iki nəfər tərəfindən sifariş edildiyini iddia etmişdi.
Rusiyanın mövzuyla əlaqədar heç bir addım atmamasını əsas gətirən Federal Prokurorluq idarəsi, qətldə ittiham olunan şəxsin etiraflarını dəlil gətirərək cinayətdə başqa ölkənin kəşfiyyat xidmətinin olduğuna qərar verdi. Cinayətlə bağlı bu qərar veriləndən sonra Almaniya XİN bu gün verdiyi rəsmi açıqlamada diplomatları ölkədən deport etmək qərarını qəbul etdi.
Muxalifet.az