Albaniya ilə Kosovo arasındakı sərhəd ləğv ediləcək – TARİX AÇIQLANDI

Baxış sayı:
3472

Albaniya 2019-cu il yanvarın 1-dən Kosovo ilə arasındakı sərhədi ləğv edəcək. TASS xəbər verir ki, bunu Albaniyanın diaspor məsələləri üzrə nazir Pandeli Mayko alban diasporunun problemlərindən bəhs edərkən bildirib. “Bizə Albaniya ilə Kosovo arasında sərhədi açmaq lazımdır. Albaniyanın baş naziri Edi Rama bizə bu barədə qərar qəbul etdiyini deyib. Yanvarın 1-dən Albaniya ilə Kosovo arasında sərbəst hərəkət başlayacaq”, -deyə nazir vurğulayıb. Həmin tədbirdə iştirak edən Kosovo liderləri – Haşim Taçi və Ramuş Xaradinay Edi Ramanın qərarını şərh etməyblər. Bir müddət əvvəl Serbiya prezident adminstrasiyasının başçısı Nikola Selkoviç xəbərdarlıq edərək bildirmişdi ki, Albaniya və Kosovo Alban-Kosovo gömrük birliyi və başqa elementləri ilə real ittifaq yaradırlar./report/