​Aktivistin dəhşətli ölümü: Prezidentdən tapşırıq...

Baxış sayı:
1264

Yay aylarında üzərinə kislota atılan məmur və aktivist Katerina Qandzyük xəstəxanada dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə mərhumun yaxınları Feysbukda məlumat yayıblar.
“Katya öldü. Detallar bir az sonra... Xahiş budur ki, yaxınları narahat edilməsin. Sutka ərzində daha ətraflı məlumat veriləcək”, - deyə bildirilib.
Qeyd edək ki, məsələdən xəbərdar olan prezident Pyotr Poroşenko günahkarların tez bir zamanda tapılmasını və cəzalandırılmasını tələb edib:
“Elə indicə mənə məumat verdilər ki, üzərinə kislota atılan aktivist Katerina Qandzyük təəssüf ki, xəstəxanada həyatını itirib".