Aksiya zamanı DƏHŞƏTLİ PARTLAYIŞ - Azı 50 nəfər ölüb

Baxış sayı:
4852

Əfqanıstanın Nanqarhar əyalətinin Mohmand Dara rayonunda etiraz aksiyası zamanı baş verən partlayışda azı 50 nəfər ölüb.
TASS-ın məlumatına görə, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilib. Etirazçılar Açin rayonunun polis qüvvələri komandirinin istefasını tələb ediblər. Partlayış da məhz bu zaman olub.
Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. "Taliban" hərəkatı partlayışla əlaqəsinin olmadığını bəyan edib.