Ağdənizdə Türkiyəni qəzəbləndirəcək ABŞ iddiası

Baxış sayı:
5965

Bölgə yeni bir enerji savaşı vəziyyətinə gəlmişkən, İsrail mətbuatından mühüm bir iddia ortaya atılıb.
 
İsrail mətbuatı, ABŞ-ın İsrail, Yunanıstan və Yunan tərəfinin liderləri ilə növbəti aylarda bir görüş keçirəcəyini yazıb. Görüşə ABŞ xarici işlər naziri Mayk Pompeonun liderlik edəcəyi bildirilib. Xəbərlərdə həmçinin Şərqi Aralıq dənizində bu dörd ölkənin iştirak edəcəyi bir təlimin planlaşdırıldığını bildirilib.
ABŞ-ın regionda belə bir addım atmasına səbəb kimi isə Rusiya və Türkiyə kimi ölkələrin əlaqələrinə qarşı "Şərqi Aralıq dənizində demokratik bir tandem" yaradaraq dəstək vermək istəməsi göstərilib. Xəbərlərdə həmçinin ABŞ-ın burada hərbi, iqtisadi və kiber sahələrdə də bir sıra əməkdaşlıq həyata keçirmək istədiyi bildirilib.
 
RUSİYA KİPR-Ə XƏBƏRDARLIQ MESAJI VERMİŞDİ
 
Kiprə ABŞ-ın adadakı hərbi varlığını artırmaq planına mane olmaq çağırışı edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, əks halda Rusiyanın cavab tədbirləri görəcəyini bildirmişdi.
Müxalifət.az