​ABŞ-ın vergi həmləsinə qarşı Çindən 30 TRİLYON DOLLARLIQ İDXAL BAZARI

Baxış sayı:
4003

Muxalifet.az xəbər verir ki, Çin prezidenti Si Sizpinq ölkəsinin idxala tətbiq edilən əlavə vergiləri azaltmağa və xarici firmaların Çin bazarına daxil olmasını genişləndirməyə davam edəcəyini bildirib. Şanxaydakı beynəlxalq tixarət sərgisinin açılışında iştirak edən Si Çində çalışan əcnəbi şirkətlərin ticarət mənfəətlərini qorumaq və əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı cəzaları gücləndirməyi vəd edib. Çin prezidentinin açıqlamalarının Vaşinqton-Pekin xəttindəki qarşılıqlı əlavə gömrük vergiləri və ticarət müharibəsinin olduğu bir dövrə təsadüf eləməsi diqqəti cəlb edib. D.Tramp hökuməti Çindən idxal edilən məhsullara 250 milyard dollar dəyərində əlavə gömrük vergisi gətirmiş, Çin isə 110 milyard dollarla cavab addımı atmışdı. Şanxayda bazar ertəsi günü başlanan beynəlxalq ticarət sərgisi noyabrın 10-a qədər davam edəcək. Sərgi çərçivəsində dünyanın ikinci böyük iqtisadiyyatı Çinin öz firmaları ilə yanaşı, minlərlə xarici şirkətin nümayəndəsi iştirak edir. Prezident deyib: “Çin qarşıdakı 15 il içərisində 30 trilyon dollarlıq idxalat və 10 trilyon dollarlıq xidmət qəbul eləməyi hədəfə alır”. Çin 2017-ci ildə 1,84 trilyon dolarllıq məhsul istehsal edib, bunun da 130 milyard dolları ABŞ-ın payına düşür. Şanxaydakı beynəlxalq sərgidə 17 ölkədən dövlət və ya hökumət başçısı iştirak eləsə də, Qərbdən heç bir lider və ya nazir iştirakçılar arasında olmayıb.