ABŞ Venesuelaya yardım göndərir: Guaido kömək istədi

Baxış sayı:
3970

 Venesuelada müvəqqəti dövlət rəhbərliyini elan edən Xuan Guaidonun tələbi ilə ABŞ rəhbərliyi ölkəyə humanitar yardım göndərəcəyini açıqlayıb.
 
Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton Twitter hesabından Venesuela ilə bağlı açıqlama verib.
Bolton açıqlamasında bu ifadələri işlədib:
“ABŞ müvəqqəti dövlət başçısı Xuan Guaidonun xahişinə uyğun olaraq onun rəsmiləri də məşvərət edərək Venesuela xalqı üçün dərman, tibbi ləvazimat və qida məhsullarını əhatə edən humanitar yardımları təşkil edəcək və (bu ölkəyə) nəql olunacaqdır. Artıq Maduronun yoldan çəkilmə vaxtı gəlmişdir".
Müxalifət.az