​ABŞ VƏ TÜRKİYƏ ARASINDA DİPLOMATİK QALMAQAL – Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı

Baxış sayı:
10912

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın məktubunu “zibil qabına” atıb.

Muxalifet.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
BBC Türkiyə prezidentinə yaxın mənbələrdən öyrənib ki, Ərdogan məktubu “tamamilə rədd edib”.
“Gəl yaxşı saziş əldə edək! Minlərlə adamın qətli üçün məsuliyyət daşımaq istəməzsən, mən də Türkiyə iqtisadiyyatını dağıtmaq üçün məsuliyyət daşımaq istəmirəm”, – Tramp məktubunda yazıb.
“Prezident Ərdoğan məktubu qəbul etdi, onu tamamilə rədd edərək zibil qutusuna atdı”, – mənbələr deyib.

Tramp Ərdoğana məktubunda nə yazıb?

Mike Pompeo təyyarədə jurnalistlərə deyib ki, “bizim missiyamız atəşkəsə nail olmaq, buna vasitəçilik etməkdir”. Pence və Pompeo Türkiyəyə ayrı-ayrı təyyarələrdə yola düşüblər.

(Donald Trampın Ərdoğana məktubu)

Türkiyə Suriyadakı kürd döyüşçüləri qadağan etdiyi PKK-nın qanadı sayır. PKK 1980-ci illərdən Türkiyədə muxtariyyət uğrunda vuruşur. Ankara, Vaşinqton, Avropa Birliyi PKK-nı terrorçu təşkilat sayır.
Tramp Vaşinqtonda onu da deyib ki, PKK İslam Dövlətindən “terror məsələsində daha pisdir və daha artıq terror təhdidi yaradır”.
Tramp əlavə edib ki, kürdlər “vuruşmağı bilirlər və dediyim kimi, mələk deyillər. Baxsanız görərsiniz ki, mələk deyillər”.
Oktyabrın 16-da yayılmış məktubunda isə Trump Erdoganı həm dilə tutur, həm də təhdid edir, onu Suriyada ancaq “düzgün və insani davranmağa” çağırır.
Oktyabrın 9-da – Türkiyənin əməliyyatı başlatdığı günü göndərilmiş məktubda Trump türkiyəli həmkarına yazır ki, “Tərslik eləmə. Səfeh olma”. Onu Suriya kürdlərinin lideri ilə qarşılıqlı faydalı anlaşmaya çağırır.

Muxalifet.az