“ABŞ Türkiyəyə qarşı çıxarsa, dünya hakimiyyətini itirər”

Baxış sayı:
4897

Türkiyədə Terror və Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar Fəratın şərqindəki terror təşkilatı PKK/YPG/PYD hədəflərinə qarşı keçiriləcək hərəkatla bağlı önəmli açıqlama verib.
-Hərəkat prosesində ABŞ əsgərləri ilə Türk əsgərləri qarşı-qarşıya gələ bilərmi?
“Nə Amerikan hərbçiləi, nə də Türk əsgəri qarşı-qarşıya gəlmək istəmir. Kimsə bununla bağlı şərtləri zorlamır. Bununla əlaqədar bəlkə əsəbləri gərə biləcək bəzi məkan fotoşəkilləri görə bilərik. Amma bu tamamilə başqa bir şeydir. Amerika və Türkiyə arasındakı bütün əlaqələrin, hüququn ortadan qalxa biləcəyi bir potensial mənzərə var. Yəni onu demək istəyirəm, Türk əsgəriylə Amerikan hərbçisi qarşı-qarşıya qalır, yoxsa? Bu bir baxış bucağıdır. Mən başqa bir baxış bucağı ortaya qoyuram. Amerikan hərbçiləri Türk əsgəri qarşısında çıxmaq istərmi? Və ya Amerika dövləti Türk dövləti ilə qarşı-qarşıya qalmaq istərmi? Əgər belə bir şey olsa, dünyanın geosiyasi xəritəsi dəyişər. Yəni Türkiyənin tamamilə Amerikadan qopduğu, əks müstəviyə keçdiyi, NATO-nun dağılması ilə bağlı risklərin ortaya çıxdığı və dünya geosiyasətinin dəyişdiyi bir risk mənzərəsi ortaya çıxar ABŞ imperiyası ilə bağlı. ABŞ dünya hakimiyyətini PKK/YPG üçün risk etmək istəyərmi?
-Fəratın şərqinə təşkil olunacaq hərəkatın ABŞ-ın "terror təşkilatı PKK/YPG-yə təlim verəcəyik" açıqlamasından sonra gəlməsini necə qiymətləndirirsiniz?
“Bu bir parametrdir. Amma əsas parametr 40-50 min nəfərlik müşahidə nöqtələridir. İndi müşahidə nöqtələri olarsa, Suriya konstitusiya komissiyalarına PKK/YPG-ni də daxil edərsə, Türkiyə orada faktiki bir təcavüzə, təhdidə məruz qalsa belə, orada təsir etməyəcəyi bir risk mənzərəsi yaranacaq. Çünki buradakı problem PKK/YPG-nin ABŞ tərəfindən himayə edilməsidir. Cənub-şərqdə PKK/YPG-yə əlimiz çatmadığı üçün məhv edə bilmirdik. Burada gözümüzün önündədir, amma ABŞ-ın himayəsində olduğu üçün atəş aça bilmirik. Müşahidə nöqtələri bunu möhkəmləndirəcəyi və stabil bir vəziyyətə gətirəcəyi üçün burada zamanla bir yarış var. Əslində müşahidə nöqtələri Türkiyənin hərəkat fikrinə təkan verdi.”
-ABŞ Türkiyəyə sanksiya tətbiq etmək istəyəcəkmi?
“Hazırda ABŞ-la eyni kursda deyilik, onsuz da sanksiya həyata keçirir. Bununla əlaqədar bəlkə Türkiyənin həssas nöqtələrini hərəkətə gətirmək istəyəcək. Türkiyədə ABŞ-ın istədiyi kimi reflekslər olmaz. Nəticədə bu, milli mübarizə məsələsidir.
ABŞ sanksiya kartlarını hər zaman istifadə edir, amma bu kartlar artıq geri təpməkdədir. Türkiyə, "verməzsən, mən başqa bir yerdən alaram” - deyəndə ən böyük zərəri onlar görür əslində.”
-Hərəkatla bağlı Rusiyanın mövqeyi necə olacaq? Proses Rusiya-Türkiyə yaxınlaşmasını möhkəmləndirəcəkmi?
“Rusiyanın Fəratın şərqinə təşkil olunacaq hərəkata razılıq verəcəyini proqnozlaşdırıram. Nəticədə Rusiya Suriyanın meyar quruluşundan yanadır. Rusiya Türkiyə ilə ABŞ-ın qarşı-qarşıya qalmasını istəyir. Terror təşkilatı PKK/YPG-nin Suriyada ən böyük təhdid olduğunun Rusiya da fərqindədir. Bununla yanaşı, PKK/YPG-nin Rusiyaya qarşı kartları da zəifləyəcək.”
Müxalifət.az