ABŞ terror təşkilatı YPG-yə qapını bağladı: “Onlar olmayacaq”

Baxış sayı:
12157

 ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə-ABŞ Biznes Şurası və Amerika-Türkiyə Şurası tərəfindən bu il 37-cisi keçirilən Birgə İllik Konfransında çıxış edib.
 
 Cefri çıxışında, "Türkiyə və ABŞ-ın keçmişdə və hazırda çox mühüm geostrateji tərəfdaşlığı var" ifadəsini işlədib.
Suriyadakı böhranın çox mürəkkəb olduğunu vurğulayan Cefri, ABŞ-ın Suriyadakı missiyasına çatması baxımından Türkiyənin əhəmiyyətinə işarə edib.
 
Suriya terrorçular üçün sığınacaq olmamalıdır
 
 Cefri Suriyadakı siyasi proses üçün görüləsi çox iş olduğunu qeyd edərək, “Əsəd rejimi kimyəvi və nüvə silahlarından imtina etməlidir. Suriya terrorçular üçün sığınacaq olmamalıdır və buradakı İranlılar evlərinə qayıtmalıdır" deyə söyləyib.
 İŞİD-a qarşı mübarizə edildiyini və İŞİD-dan təmizlənən sahələrin qorunması zəruriliyinə toxunan Cefri, İŞİD-a qarşı koalisiyayla Türkiyə və Suriyanın şimalındakı işlərin əhəmiyyətini vurğulayıb.
 
Təhlükəsiz bölgədə YPG olmayacaq
 
 Suriyadakı müxtəlif məsələlər üzərində Türkiyə ilə çalışdıqlarını deyən Cefri, “Türkiyə, İran və Rusiya ilə Astana qrupunun bir üzvüdür və Suriya əhalisinin təxminən yarısını təşkil edən Suriyalı müxaliflərin səsi olur. Bu vəziyyət Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki siyasi proseslərlə bağlı hədəfləri baxımından çox əhəmiyyətlidir" deyə bildirib.
Cefri, "Türkiyə ilə hələ də üzərində tam anlaşa bilmədiyimiz bir təhlükəsiz bölgə üzərində çalışırıq. Türkiyənin çox önəmli təhlükəsizlik narahatçılıqları var. ABŞ Türkiyənin bizim İŞİD-a qarşı birlikdə vuruşduğumuz insanlarla (YPG/PKK) bağlı narahatlıqlarını də anlayır. Türkiyə ilə YPG-nin olmayacağı bir təhlükəsiz bölgə barəsində də çalışırıq" deyib.
 Suriyada İŞİD-ın məğlub edildiyini və İdlibdəki böhranın hələlik önünə keçildiyini bildirən Cefri, "BMT vasitəsilə Suriyadakı siyasi prosesi bərpa edirik" deyib.
Müxalifət.az