“ABŞ əsgərləri noyabra qədər SURİYADAN ÇƏKİLƏCƏK” İDDİASI

Baxış sayı:
5029

ABŞ prezidenti Donald Trampın, noyabr ayında ABŞ-da Konqresə ara seçkilərindən əvvəl Suriyadakı Amerika hərbçilərinin bu ölkədən geri çəkilməsini istədiyi bildirilib.
 
Amerikanın “AP” xəbər agentliyinin, adının açıqlanmasını istəməyən yüksək vəzifəli Ağ Ev rəsmilərinə əsaslandırdığı xəbərində, Trampın ABŞ əsgərlərini Suriyadan 6 ay içində çəkmək istədiyi iddiasına yer verilib.
Xəbərdə sözügedən şəxslər, ABŞ prezidentinin hələ rəsmi bir geri çəkilmə göstərişi vermədiyini və dövlətə açıq bir çəkilmə təqvimi açıqlamadığını, ancaq birliklərin noyabr ayında Konqresə ara seçkilərinə qədər ABŞ-a qayıtmasını istədiyini ifadə edib.
 
TRAMPIN SƏBRİ TÜKƏNİR, ANCAQ TƏQVİM DƏQİQ DEYİL
 
Ağ Evdə çərşənbə günü keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında danışılan məsələlərə aid məlumat verən rəsmilər, iclasda Trampın geri çəkilmə məsələsində səbrinin getdikcə tükəndiyini qeyd etdiyini, buna müqabil milli təhlükəsizlik və hərbi rəsmilər arasında dəqiq bir çəkilmə təqvimi məsələsində razılığa gəlinmədiyini dilə gətirib.
 
SƏUDİYYƏ ƏRƏBİSTANI İLƏ 4 MİLYARD DOLLARLIQ RAZILAŞMA İDDİASI
 
Eyni şəxslər, Trampın Suriyanın yeni inşa prosesi üçün Səudiyyə Ərəbistanından 4 milyard dollarlıq yardım tələb etdiyi və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə əvvəlki gün keçirdiyi telefon danışığında Səudiyyə kralının bu tələbə razılıq verdiyini bildirib.
Müxalifət.az