ABŞ Rusiyaya necə hücum planı qurduğunu açıqladı

Baxış sayı:
307

ABŞ Hərbi Hava Qüvvələrinin 16-cı Hava Ordusu digər bölmələrlə birlikdə Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinə hücum ssenarisinə sahibdir.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın “C4İSRNET” nəşri yazıb.
 
Ssenari özündə Rusiya ordusunun müdafiəsinin yarılması planını ehtiva edir. Ssenariyə əsasən, əvvəlcə kəşfiyyat, kiberkomandanlıq və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi sözügedən sistemlərin yerləşməsi, qarşılıqlı əlaqəsi və istismarına dair informasiyalar toplayacaq. Bununla yanaşı 363-cü kəşfiyyat dəstəsi Rusiya HHM sistemlərinin potensial təhlükəsini qiymətləndirməli, daha sonra 9-cu kəşfiyyat dəstəsi radioelektron mübarizə planı işləyib hazırlamalı və 480-cı kəşfiyyat dəstəsi də müşahidələrini HHM mütəxəssislərinə göndərməlidir.
Rusiya HHM sisteminin yarılmasının yekun mərhələsi 55-ci kəşfiyyat dəstəsinin qeyri-kinetik təzyiq üsullarını hazırlaması olacaq. Sonda isə bu birləşmə zərbə aviasiyasına HHM komplekslərinin dəqiq koordinatlarını ötürməlidir.
Qeyd edək ki, ABŞ-ın bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal təlimi də diqqət çəkmişdi.
Muxalifet.az