ABŞ rəsmisindən açıqlama: İRAN RAKETLƏRİ MƏHV EDİLDİ

Baxış sayı:
6139

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silah proqramını inkişaf etdirdiyini iddia edərkən bəzi ABŞ rəsmiləri də İsrail hava qüvvələrinin Suriyada İranın İsrailə hücum etmək üçün gətirdiyi raketləri vurduğunu irəli sürüb. İran isə bu iddiaları təkzib edib.
 
İsrailin Suriyadakı İran hədəflərinə qarşı bazar günü gecəsi həyata keçirdiyi hava hücumu haqda ABŞ rəsmiləri yeni iddialar irəli sürüb.
 
İRANIN İKİ HƏFTƏDİR DAŞIDIĞI RAKETLƏR VURULDU
 
“NBC News”-a danışan üç Amerikalı səlahiyyətli, Suriyanın Xama və Hələb şəhərlərindəki bir sıra hərbi bazalara qarşı hücumlarını İsrailin F-15 döyüş təyyarələrinin təşkil etdiyini deyib. Bu bazaların İranın Suriyaya yeni raketlər daşımasından sonra vurulduğunu irəli sürən ABŞ rəsmiləri, İranın iki həftə ərzində gətirdiyi silahlar arasında havadan quruya raketlər, zenit raketlər və yüngül silahlar olduğu iddialarını irəli sürüb.
 
İRAN BU RAKETLƏRLƏ İSRAİLƏ HÜCUM EDƏCƏKDİ
 
ABŞ rəsmilərindən ikisi, silahların Suriyadakı bazalara İranın quru qoşunları tərəfindən gətirildiyini və İsrailə qarşı hücumda istifadə edilmək üçün nəql edildiyini iddia edib.
Qeyd edək ki, daha əvvəl də yerli media, Xama və Hələb şəhərlərində ən azı 3 hərbi bazaya qarşı hücumlarda İran İnqilab Qvardiyasına məxsus 26 Şiə döyüşçüsünün öldüyünü qeyd etmişdi.
 
İRAN TƏKZİB ETDİ
 
İran, yerləşdiyi bazaların vurulduğunu təkzib etdiyi halda, Əsəd rejimi bununla bağlı hər hansı bir açıqlama verməyib.
Müxalifət.az