ABŞ-ın pul yardımından imtina etdilər

Baxış sayı:
5080

Fələstin Qurtuluş Təşkilatının baş katibi (FKÖ) və Fələstin baş müzakirəçisi Saib Ureykat Fələstin rəhbərliyinin tələbi ilə ABŞ-ın Fələstin hüquq mühafizə təşkilatına göstərdiyi yardımların bu gündən etibarən kəsiləcəyini bildirib. FKÖ İcra Heyətinin üzvü Vasıl Əbu Yusif, “Hüquq-mühafizə təşkilatına edilən 60 milyon dollarlıq yardımı da istəmirik, çünki bunu etdik deyə əleyhimizə milyardlarla dollarlıq iddia qaldırıla bilər” deyib.
Saib Ureykat ABŞ-la bağlı bütün fəaliyyətlin dayandırılacağını bəyan edib: “Bugün 1967-dən bu yana fəaliyyət göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün layihələri dayandırılacaq, ofisləri və ona bağlı müəssisələr bağlanacaq. Bundan sonra Fələstin rəhbərliyi ABŞ yardımını almaq istəmir”.
Müxalifət.az