ABŞ ordusunda təcavüzə uğrayanların sayı artır

Baxış sayı:
5218

Pentaqonun ordudakı təcavüz məlumatlarına dair 2018-ci il hesabatı dərc olunub. Hesabata görə, ABŞ ordusunda 20500 əsgər təcavüzə məruz qalıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə 38 faiz artıb.
 
Amerikan ordusunda 2018-ci ildə 20500 təcavüz hadisəsinin meydana gəldiyi, bunların yalnız 6053-də rəsmi olaraq şikayət edirdiyi müəyyən olunub.
Ordu içində aparılan müstəqil bir sorğu anketi də bu nəticələri təsdiqləyib.
Qeyd edək ki, 2016-ci ilin hesabatında, Amerikan ordusunda təcavüzə məruz qalan əsgər sayının 14900 olduğu təsbit edilmişdi. Pentaqon 2004-dən bu yana təcavüz hadisələrini azaltmaq və təcavüzə məruz qalanların şikayət etməsini təşviq etmək üçün bir sıra proqram və tənzimləmə həyata keçirib. Buna baxmayaraq təcavüzün artması diqqət çəkib.
Müxalifət.az