ABŞ-ın “Maduro qaçırdı, Ruslar qoymadı” iddiasına Rusiyadan cavab

Baxış sayı:
6664

ABŞ-ın Xarici İşlər nazir Mayk Pompeo Amerikan kanalı “Fox News”-a açıqlama verərək Venesueladakı son prosesləri qiymətləndirib.
 
 Maduronun qısa bir zaman öncə ölkəni tərk edərək Kubaya getməyi planlaşdırdığını bildirən Pompeo, "Ruslar dövrəyə girərək Maduroyu bu qərarından daşındırdı" ifadə edib.
Qeyd edək ki, Venesuelada özünü prezident elan edən müxalif lider Xuan Guaidonun orduya və xalqa çağırışından sonra ölkə qarışıb və ölkədə hərbi çevrilişə cəhd edilib.
Pompeo, "Ümid edirəm ki, Maduro bu qərarı yenidən düşünür və o təyyarəyə minər. Açıqca qeyd etdiyimiz kimi, biz Venesuela Milli Məclisini və müvəqqəti prezident Xuan Guaidonu dəstəkləyir, Venesuela xalqının iqtisadiyyatlarını dirçəltmək vaxtının gəldiyinə inanırıq. Beləcə ac uşaqlar yemək yeyə və xəstə olanlar ölkənin sərhədində gözləyən dərmanları əldə edə bilər" deyib.
 
RUSİYADAN CAVAB
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Venesuela ordusunu ruhdan salmağa çalışan ABŞ-ın indi də informasiya müharibəsi çərçivəsində yalan informasiyalara müraciət etdiyini deyib.
CNN-ə açıqlama verən Zaxarova, "Vaşinqton var gücü ilə Venesuela ordusunu ruhdan salmağa çalışdı və indi də informasiya müharibəsi çərçivəsində yalan xəbərlərə əl atır" – deyə ABŞ-ın iddiasına cavab verib.
Müxalifət.az