ABŞ-lı senatordan şahzadə bin Salmanı yandıracaq çıxış

Baxış sayı:
5887

ABŞ-da Respublikaçı senator Lindsey Qrehem Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin Senatda keçirdiyi Camal Qaşıqçı sessiyasına qatılan bütün senatorların Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayətinin cinayət ortağı olduğuna inandığını deyib.
 
Qrehem ABŞ-da prezident Donald Tramp hökumətinə yaxınlığı ilə tanınan Fox TV kanalına Qaşıqçı cinayətinə dair açıqlama verib. MKİ direktoru Haspelin onlarla apardığı qapalı iclası, "Konqresdəki karyeram boyu iştirak etdiyim ən yaxşı iclas idi" kimi dəyərləndirən Qrehem, iclas əsnasında MKİ rəsmilərinin senatorlara Məhəmməd ibn Salmanın Qaşıqçını təxminən 2 ildir təqib etdiyini bildirdiklərini qeyd edib.
 
DİQQƏTLƏ PLANLAŞDIRILIB
 
Qrehem, "Bu əməliyyat diqqətlə planlaşdırılmışdır. Cinayəti idarə edən şəxs də Məhəmməd ibn Salmanın sağ qoludur" deyib. "Sessiyada iştirak edən senatorların Məhəmməd bin Salmanın cinayətə şərik olduğuna dair şübhəsi yoxdur" deyən Qrehem, vəliəhd şahzadənin başqa şəxsləri də qaçıraraq Səudiyyə Ərəbistanına gətirdiyini bildirib.
Senatın vəliəhd şahzadə Məhəmməd bin Salmanı Qaşıqçı cinayətinin "cinayət ortağı" şəklində qəbul etdiyiniqeyd edən Qrehem, "Səudiyyə Ərəbistanına ediləcək heç bir silah satışını dəstəkləməyəcəyəm" deyə söyləyib.
Qrehem, Səudiyyə Ərəbistanının ABŞ-a, ABŞ-ın Səudiyyə Ərəbistanına ehtiyacından daha çox ehtiyacı olduğunu vurğulayıb.
Müxalifət.az