ABŞ İranın 52-nə 290-la cavab verdi - ŞOK
6-01-2020 23:28
Baxış sayı:
5229
İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampın təhdidlərinə cavab verib.
Publika.az-ın məlumatına görə, o bildirib:
“İran millətini əsla təhdid etməyin.52 rəqəminə işarə edənlər 290 sayını düşünməsi daha yaxşı olar.”
Qeyd edək ki, Tramp Tehranın hücum edəcəyi təqdirdə, İrana məxsus 52 hədəfin vurulacağını bildirmişdi. 52 rəqəmi 1979-cu ildə ABŞ-ın Tehran səfirliyindəki 52 əməkdaşının girov götürülməsinə, 290 rəqəmi isə amerikalı hərbçilər tərəfindən 1988-ci ildə vurulan İran təyyarəsindəki sərnişinlərin sayına işarədir.