ABŞ hərbçilərini Suriyada saxlayacağını təsdiq etdi

Baxış sayı:
5575

Məlum olduğu kimi Vaşinqton Suriyada təxminən 500 və ya 600 ABŞ əsgərini saxlamaq niyyətində olduğunu bildirib. Bu sözləri Amerika Silahlı Qüvvələri Baş Qərargah Komitəsinin sədri general Mark Milli ABC kanalnda verdiyi müsahibəsində söyləyib. Suriyada 700-dən çox ABŞ əsgərinin qalacağının doğru olub - olmadığını soruşduqda, o belə cavab verib: "Mindən az olacaq. Təxminən 500-ə və ya 600-ə yaxın olacaq. Ancaq dəqiq sayını verə bilmərik". "İŞİD yaraqlıları hələ də bölgədədir. Bu qrupa təzyiq olmasa, yenidən bərpa olunmaları üçün şərait yaranacaq", deyə davam edib. Milli qeyd edib ki, Vaşinqtonun Suriyada azsaylı hərbi kontingent saxlamaq niyyətindədir. "Əsas vəzifə uzun müddətli periodda İŞİD-ə zərbələr vurub onların məhvinə nail olmaqdır”, deyə Milli bildirib. Milli ABŞ ordusunun İŞİD qrupunun yeni lideri haqqında məlumatlarının olduğunu da söylədi. "Bizim İŞİD-in yeni lideri haqqında ətraflı məlumatımız var. Növbəti günlərdə, həftələrdə və aylarda görəcəyik, bu adam parçalanmış qrupu birləşdirə biləcəkmi? Onu güclü nəzarət altına alacağıq və onun barəsində tədbir görəcəyik ", Milli deyib. Bu həftənin əvvəlində Associated Press, ABŞ Prezidenti Donald Trampın, neft yataqlarına nəzarət etmək üçün Suriyada ən az 800 ABŞ əsgərini saxlamaq planını təsdiqlədiyini bildirdi. Muxalifet.az