ABŞ hərbçiləri bu ölkənin sərhəddinə yerləşdirildi - MÜDAFİƏ, YOXSA...

Baxış sayı:
5653

Amerikanın xüsusi təyinatlı hərbçiləri Yəməndəki husilərə qarşı Səudiyyə Ərəbistanını dəstəkləmək məqsədilə sərhəddə yerləşib.

“Nyu York Tayms”ın amerikalı mənbələrdən və avropalı dilomatlardan əldə elədiyi məlumatlara görə, husilərin Riyad beynəlxalq hava limanına bir ay əvvəl “Burkan-2” ballistik raket atmasından sonra çox sayda yaşıl beretli hərbçi Səudiyyə Ərəbistanın Yəmənlə sərhədinə yerləşdirilib.

Səudiyyə Ərəbistanı noyabr ayında keçirilən bir hücum ilə Amerika istehsalı olan “MIM-104F Patriot” raket hücumundan müdafiə sistemi ilə əngəllədiyini irəli sürsə də, analitiklər, bu rəsmi açıqlamanı şübhə ilə qarşılayıblar.

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salmanın isə husilərin raket atdıqları məntəqələrini aşkar edib vurmaq üçün Amerikadan yardım istədiyi bildirilir. Bu isə Pentaqonun Yaxın Şərq əməliyyatlarında yeni bir qaranlıq cəbhə aça bilər.