"ABŞ güclü Türkiyəyə qarşı çıxış etməkdən qorxacaq" - RUSİYADAN TÜRKİYƏNİN HƏRBİ ƏMƏLİYYATLARI HAQDA AÇIQLAMA

Baxış sayı:
13798

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz “Feysbuk” səhifəsində Türkiyənin yaxın günlərdə, bəlkə də, saatlarda Suriyanın şimalını işğal eləmiş 50 minlik YPG/PKK ordusuna qarşı böyük hərbi əməliyatı keçirməyə başlayacağından yazıb.

Markov Türkiyənin Suriyanın özü ilə həmsərhəd zonasında yaradacağı təhlükəsizlik ərazisində İdlibdən olan qaçqınları və Türkiyə torpaqlarına sığınmış digər suriyalıları yerləşdirməyi planlaşdırdığından bəhs edib: “Bu, milyonlarla insan deməkdir.

Türkiyənin hərbi əməliyyatından hamı qorxur. Lakin ABŞ da güclü Türkiyəyə qarşı çıxış eləməkdən qorxacaq. Rusiya böyük bir mübadilədə iştirak edir, çünki, Türkiyənin Suriya Kürdistanında hərbi əməliyyata başlamasından dərhal sonra Suriya Ordusu Rusiyanın dəstəyi ilə İdlibdə hərbi əməliyyata başlayacaq. Həmçinin, Dəməşq hərbi əməliyyatların başlamasından dərhal sonra Suriyanın şimalındakı, hazırda kürdlərin əlinə keçmiş neft yataqlarını öz nəzarətinə qaytarmaq niyyətindədir.

Kürdlərin taleyi həsəd aparılası deyil. ABŞ-ın müttəfiqləri statusu da onlara kömək etməyəcək.

Bu əməliyyat nəticəsində Rusiyanın regiondakı nüfuzu artacaqdır, çünki Əsəd Rusiyanın dəstəyi ilə İdlibin mühüm hissəsini – Hələb-Dəməşq və Hələb-Lazkiya yollarını geri qaytaracaq. Həmçinin, Əsəd neft ərazilərinin bir qismini alacaq və bu pul Suriya iqtisadiyyatının bərpasına xərclənəcək”./Hurriyyet.org